EN

Azərbaycanda bərpa olunan enerji kəskin artıb

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda enerji istehsalıvə xidmət sektorunda fərqli dinamika qeydə alınıb.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə külək elektrik stansiyalarında 233 milyonkVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə 228,5 milyon kVt-saat və ya 51,8 dəfə çoxdur.Günəş elektrik stansiyalarında isə istehsal 74,7 milyon kVt-saatolub və 1,1% artım qeydə alınıb.

Eyni zamanda, su elektrik stansiyalarında istehsal 501,9 milyonkVt-saat təşkil edib ki, bu da illik müqayisədə 24,2% azalmademəkdir. İstilik elektrik stansiyalarında isə 5,466 milyardkVt-saat elektrik enerjisi istehsal edilib və bu göstərici 5,2%azalıb.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2026-cı ilin ilk üç ayındaistehsalın həcmi 1 milyard 26,6 milyon manat olub. Su təchizatı vətullantıların emalı sektorunda isə bu göstərici 141,9 milyon manattəşkil edib.

Digər tərəfdən, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3milyard 834,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə real ifadədə 8,8% artım deməkdir. Bu xidmətlərin 76,8%-ihüquqi şəxslər tərəfindən göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manatlıqödənişli xidmətlərdən istifadə edib ki, bu da illik müqayisədənominal ifadədə 47,5 manat çoxdur.

Chosen
29
2
az.trend.az

3Sources