EN

Avropada silahlanma artır

NATO-nun şərq cinahında yerləşən ölkələr son illərdə müdafiə xərclərini sürətlə artırır. Yeni beynəlxalq təhlillərə görə, bu prosesdə NATO üzvləri arasında ciddi fərqlər yaranır. 

Çexiyanın “Seznam Pravi” portalının məlumatına görə, regionda silahlanma prosesinin əsas hərəkətvericisi Polşa sayılır. Polşa müdafiə büdcəsinin böyük hissəsini yeni hərbi müqavilələrə yönəldir. Çexiyada isə bu göstərici təxminən 31 faiz təşkil edir. Bu, müasirləşmə prosesinin davam etdiyini göstərsə də, bəzi qonşu ölkələrlə müqayisədə daha yavaş temp deməkdir.

NATO liderləri müdafiə xərclərinin artırılmasını nəzərdə tutan yeni plan qəbul edib. Hədəf əvvəlcə ÜDM-in 2 faizi, hazırkı isə təxminən 3.5 faiz təşkil edir. Bu artımın bir hissəsi hərbi imkanlara, digər hissəsi isə infrastruktur və müdafiə sistemlərinə yönəldiləcək.

Analitiklər bildirirlər ki, Çex Respublikasında müdafiə siyasəti tez-tez siyasi və büdcə dəyişikliklərindən asılı olur. Bu isə uzunmüddətli planlaşdırmanı çətinləşdirir. Eyni tendensiya bəzi digər ölkələrdə, Slovakiya və Bolqarıstanda da müşahidə olunur.

Avropa İttifaqı ölkələri müdafiə sənayesini gücləndirməyə və xarici asılılığı azaltmağa çalışır. Avropada silahlanma tempi sürətlə artır, lakin ölkələr arasında fərqlər qalır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources