EN

Portuqaliya vahid Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Bakı. Trend:

Portuqaliya vahid Avropa ordusunun yaradılması ideyasınıdəstəkləmir və NATO çərçivəsində öz silahlı qüvvələriningücləndirilməsi və modernləşdirilməsinin tərəfdarıdır.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri NunuMelu bəyan edib.

“Biz vahid Avropa ordusunun yaradılmasının tərəfdarı deyilik”, –nazir parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Portuqaliya NATO çərçivəsində qarşıyaqoyulan vəzifələri yerinə yetirmək qabiliyyətini təmin etmək üçünöz silahlı qüvvələrinə investisiya yatırmalıdır.

Portuqaliyanın müdafiə naziri vurğulayıb ki, ölkə 2025-ci ildəilkin qrafikdən dörd il əvvəl NATO meyarlarına uyğun olaraq müdafiəxərclərini 6,12 milyard avroya, yəni ÜDM-in 2 faizinə çatdırıb.

Silahlı qüvvələrin gücləndirilməsi məqsədilə Lissabon Avropaİttifaqından 5,8 milyard avro məbləğində güzəştli kreditlərinalınması üçün müraciət edib. Nazir bildirib ki, “əgər hər şey yaxşıgetsə”, 2030-cu ilə qədər Portuqaliya yeni freqatlar, zirehlitexnika, peyklər və pilotsuz uçuş aparatları əldə edəcək.

Məqalədə:
Chosen
40
1
az.trend.az

2Sources