EN

DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir (VİDEO)

Bakı.Trend:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik HərəkətQüvvələrində xidmətə qəbul elan edir.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumatverilib.

Bildirilib ki, zabit, gizir və müddətdən artıq həqiqi hərbixidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olanvətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edəbilərlər.

Namizədlər aşağıda qeyd olunan tələblərə cavabverməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş;

- 30 yaşadək, fiziki cəhətdən sağlam;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyəhazır olan kişi namizədlər müraciət edə bilər.

Daha ətraflı məlumat üçün:

Ünvan: Xızı rayonu, Sitalçay qəsəbəsi, “N” nömrəli hərbi hərbihissə

Əlaqə nömrəsi: +994 (55) 259 89 49 / +994 (70) 322 15 14 / +994(51) 233 25 34

DSX
Məqalədə:
Chosen
42
4
az.trend.az

5Sources