EN

Suraxanı və Sabunçunun bəzi ərazilərinin qaz təchizatı məhdudlaşdırılacaq

Sabah təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə "APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir.

"Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə "MİDA" yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd olunur.

Chosen
36
28
apa.az

10Sources