EN

Azərbaycanın gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb

Bakı. Trend:

Ortamüddətli dövr üzrə gəlir siyasəti ölkənin iqtisadiinkişafını təmin etmək, iqtisadi şaxələndirməni genişləndirmək vəinvestisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Buçərçivədə vergi yükünün optimallaşdırılması, sahibkarlığındəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergivəgömrük inzibatçılığının təkmilləşdirilməsi və ekoloji təmiznəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlarplanlaşdırılır.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, bununla yanaşı, dövlət büdcəsi gəlirlərini təminedən orqanlarla vergi ödəyiciləri arasında şəffaf münasibətlərinqurulması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılmasıkontekstində addımların atılması davam etdiriləcək. Görüləcəktədbirlər kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrinleqallaşdırılması prosesini daha da sürətləndirəcək.

Qeyd olunanlar nəzərə alınmaqla, 2027-2030-cu illər üzrəgəlirsiyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

1. Biznes mühitinin yaxşılaşdırılması və investisiyalarıntəşviqi:

Vergi siyasətində əsas prioritetlərdən biri olan biznesmühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarlaformalaşdırılması, investisiya fəallığının təşviqi və sahibkarlıqsubyektlərinin vergi yükünün optimallaşdırılmasıdır. Bu çərçivədəvergi inzibatçılığının sadələşdirilməsi, investisiyaları təşviqedən vergi alətlərinin təkmilləşdirilməsi və real sektoruninkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi nəzərdətutulur.

2. Müddəti bitən vergigüzəşt və azadolmalarına yenidənbaxılması:

Vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatanvergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyininyenidən qiymətləndirilməsi, onların tətbiqinin məqsədəuyğunluğununmüəyyən olunmasıdır. Bu çərçivədə effektivliyi kifayət qədərəsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiriməhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsininməhdudlaşdırılması, eyni zamanda prioritet sahələr üzrə zərurihesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü əsaslarlatətbiqinin davam etdirilməsi nəzərdə tutulur.

3. Vergitutma bazasının genişləndirilməsi və vergitutmaobyektlərinin dəqiqləşdirilməsi:

Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımındanəsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi,vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsi və vergipotensialının tam səfərbər olunmasıdır. Bu çərçivədə müxtəliffəaliyyət sahələri üzrə vergitutma obyektlərininkonkretləşdirilməsi, iqtisadi əməliyyatların daha dolğun uçotununtəmin edilməsi və vergi bazasının genişlənməsinə xidmət edənnormativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsinəzərdə tutulur.

4. Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi vətəşviqlərin tətbiqi:

Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdənbiri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi,ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi vəkönüllü ödənişintizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrəmöhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəməqabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davametdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyənolunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları vəpenya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsinəzərdə tutulur.

5. Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi vəinzibatçılığın təkmilləşdirilməsi:

Vergi siyasətinin mühüm istiqamətlərindən biri vergi nəzarətinineffektivliyinin artırılması, inzibatçılıq mexanizmlərinin müasiryanaşmalar əsasında təkmilləşdirilməsi və könüllü əməletməsəviyyəsinin yüksəldilməsidir. Bu çərçivədə risk əsaslı nəzarətmexanizmlərinin genişləndirilməsi, rəqəmsal həllərin və məlumatmübadiləsi imkanlarının artırılması, vergi ödəyicilərinin uçot,hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi, eləcə dəvergi orqanlarının inzibati fəaliyyətinin daha çevik vənəticəyönümlü şəkildə təşkili nəzərdə tutulur.

6. Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizminintəkmilləşdirilməsi:

Müasir iqtisadi münasibətlər və sərhədlərarası əməliyyatlarıngenişlənməsi şəraitində əsas istiqamətlərdən biri qeyri-rezidentşəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinindaha effektiv mexanizmlər əsasında təşkili və bu sahədə hüquqibazanın təkmilləşdirilməsidir. Bu çərçivədə rəqəmsal xidmətlər,elektron ticarət, beynəlxalq xidmət göstərilməsi və digərsərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarınındəqiqləşdirilməsi, vergi tutma mexanizmlərinin beynəlxalq təcrübənəzərə alınmaqla təkmilləşdirilməsi və vergi bazasının qorunmasınaxidmət edən yanaşmaların gücləndirilməsi nəzərdə tutulur.

7. Dövlət büdcəsindən ayrılan vəsaitlərin vergitutmamexanizminin dəqiqləşdirilməsi:

Dövlət maliyyəsinin idarə olunması baxımından əsasistiqamətlərdən biri dövlət büdcəsindən ayrılan vəsaitlərinvergitutma mexanizminin vahid və aydın əsaslarla tənzimlənməsidir.Bu çərçivədə subsidiya, subvensiya, transfert, qrant və digər büdcəvəsaitləri üzrə vergitutma yanaşmalarının dəqiqləşdirilməsi, dövlətvəsaiti alan subyektlər üzrə vergi öhdəliklərinin daha aydınmüəyyən edilməsi, habelə bu sahədə mövcud hüquqi qeyri-müəyyənliyinaradan qaldırılması məqsədilə normativ-hüquqi bazanıntəkmilləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Chosen
32
az.trend.az

1Sources