EN

Nazir: Sıx əməkdaşlıq sayəsində TDT ölkələrinin turizm sənayesi qlobal istirahət sistemində layiqli yer tutacaq

Türkiyə dövlətinin diqqəti Türk Dövlətləri Təşkilatı (TDT) məkanında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə birgə layihə və proqramların həyata keçirilməsinə, o cümlədən turizm sahəsində təşəbbüslərə yönəlib.

"Far.Az"un Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxışı zamanı bildirib.

O, Ankaranın "Türk dünyasının turizm paytaxtı – 2026" elan olunmasını Türkiyə üçün qürur mənbəyi adlandırıb:

"Əminəm ki, cari ilin tədbirlər proqramı türk dünyası ilə əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Bu isə bizim üçün strateji məqsəddir. Bu vəzifə Türkiyənin bir çox dövlət proqramlarında da öz əksini tapıb".

Nazirin sözlərinə görə, turizm yalnız iqtisadiyyatın bir hissəsi deyil, eyni zamanda ölkələrin mədəniyyətinin, dilinin və ənənələrinin təbliği üçün mühüm vasitədir.

"Nəticə etibarilə, qardaş dövlətlərin sıx əməkdaşlığı sayəsində TDT ölkələrinin turizm sənayesi qlobal istirahət və səyahət sistemində daha layiqli yer tutacaq", – deyə nazir qeyd edib.

Chosen
39
far.az

1Sources