EN

İsveçrənin tanınmış klubunun stadionunda yanğın olub

Bakı, 15 aprel, AZƏRTAC

İsveçrənin “Bazel” komandasının ev oyunlarını keçirdiyi “Sankt Yakob-Park” stadionunda yanğın hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hadisə aprelin 10-da arenanın paltardəyişmə otağında qeydə alınıb.

Yanğının səbəbi hələ tam müəyyən edilməsə də, onun saunadakı qısaqapanmadan qaynaqlandığı iddia olunur.

Kluba dəymiş maddi ziyanın məbləği barədə açıqlama verilməyib.

Chosen
21
1
azertag.az

2Sources