EN

Görünürlüyə əsaslanan kuratorluq Sənət artıq seçilmir, satılır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dua Lipa-nın İngiltərə ədəbiyyat festivalında kurator olması xəbəri qalmaqaldan çox bir simptomdur. Məsələ bir "celebrity"nin festivalda yer alması deyil - kuratorluğun özünün nəyi ifadə etməyə başladığıdır.

“Celebrity-curation” son illərdə hər sahəyə yayılıb. Moda, musiqi, kino - indi də ədəbiyyat.

Kuratorluq seçim etməkdən çox, görünmək aktına çevrilir və bu, institutların zəiflədiyinin açıq siqnalıdır.

Dua Lipanı müdafiə edənlər bunu onun kitab klubu və ədəbiyyata marağı ilə əsaslandırır. Amma həmin platforma peşəkar publisher və editorlar tərəfindən qurulur. Seçimlər mətbəxdə edilir.

Sual buradadır:

Bu seçimləri edənlər niyə istiqamət verməsinlər?Duanın rolu burada kuratorluqdur, yoxsa sadəcə representasiya?

Bu modeldə kuratorluq funksiyası ilə onun vizual təqdimatı ayrılır.

Snoop Dogg-u Olimpiya oyunlarında görmək artıq normaldır. Tanınmış reper tədbirə "əyləncə" qatır. Amma onu yarışların kuratoru kimi təqdim etmək absurd olardı.

Operanın öldüyünü düşünənlər Rosalíanı opera ifa etməyə dəvət etmişdilər? Şübhəsiz ki, xeyr. Rosalía fərqli modeldir. O, operanı sadəcə təqdim etmədi, onu öz dilinə çevirdi və popun içində legitimləşdirdi.

Burada fərq açıqdır: biri sənəti transformasiya edir, digəri isə paketləyir.

Burada mexanizm sadədir:

Seçimləri ekspertlər edir.Riski institut daşıyır.Diqqəti isə celebrity yığır.

Məsələ heç vaxt “Dua Lipa orada olmalıdır ya yox” deyil. O, sistemi yaxşı anlayır, kitab klubu var, oxumağı maraqlı göstərir, auditoriya gətirir. Amma bu, onun ədəbiyyat sahəsinin kuratoru olması üçün kifayətdirmi? Auditoriya gətirmək istiqamət vermək üçün kifayətdir? Bu seçim hansı auditoriyanı cəlb etmək üçündür?

Əgər kuratorluq yalnız görünürlük strategiyasına çevrilirsə, problem artıq "kütlə" deyil, həm də institutların özüdür.

Kuratorluq kompetensiyaya yox, görünürlüyə əsaslanırsa, sənət artıq seçilmir - satılır.

Müəllif: Kübra Şükürova - Bizimyol.info üçün özəl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources