Qış parkının yaxınlığında yanğın başlayıb - VİDEO
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. 1news.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, hadisə şəhərin mərkəzində, Qış Parkının yaxınlığında, Vidadi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Hazırda hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ərazidən görüntüləri təqdim edirik: