EN

Avtoxuliqanlıq edən sürücülər cərimələnib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar

Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Yoxlamalar zamanı rayon ərazisində saxlanılan sürücü Q. Qocayevin narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomibili idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış material məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Bundan əlavə, keçirilən tədbirlər zamanı avtoxuliqanlıq hərəkətlərinə yol verən və spirtli içkinin təsiri altında avtomobil idarə edən 11 sürücü də müəyyən edilərək barələrində inzibati qaydada protokollar tərtib olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
13
ayna.az

10Sources