EN

TƏBİB ailələrə müraciət etdi

Ailədə gigiyena vərdişləri yalnız təmizlik üçün deyil, həm də sağlamlığın qorunması üçün əsasdır. 

Uşaqlar bu vərdişləri ən çox valideynlərin davranışlarından öyrənir, ona görə də ailə mühiti onların gündəlik təmizlik qaydalarını formalaşdırmaqda böyük rol oynayır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirib ki, erkən yaşlarda gigiyena vərdişlərinin öyrədilməsi uşaqların sağlam həyat tərzinə davamlı şəkildə sahib olmalarını təmin edir. 

Ailədə gigiyena vərdişlərini formalaşdırmaq üçün vacib hesab olunur: 

İlk növbədə, əllərin yeməkdən əvvəl və sonra, eləcə də çöldən gəldikdə mütləq yuyulması vərdiş halına gətirilməlidir. Bundan əlavə, şəxsi əşyaların – diş fırçası, dəsmal və geyim kimi vasitələrin paylaşılmamasına xüsusi diqqət olunmalıdır. 

Ev mütəmadi olaraq havalandırılmalı və təmiz saxlanmalıdır. Eyni zamanda, valideynlər uşaqlara gigiyena qaydalarını sözlə deyil, öz davranışları ilə nümunə göstərərək öyrətməlidirlər.

Chosen
5
1
cebheinfo.az

2Sources