EN

Hansı dövr uşaqların danışığı üçün ən məhsuldar dövrdür? - Loqopeddən MƏSLƏHƏTLƏR

"Sıfır-üç yaş arası ən məhsuldar dövr hesab olunur. Bu barədə loqopedlər, psixoloqlar, psixiatrlar və digər mütəxəssislər dəfələrlə vurğulayırlar ki, 1-3 və 5-6 yaş arası uşaqlarda risk qrupu dövrü kimi nitqin inkişaf mərhələsi xüsusi diqqət tələb edir. Bu dövrdə uşağın sağlam böyüməsi üçün çalışmaq lazımdır ki, o, xəstələnməsin, stres yaşamasın, kəllə-beyin travması almasın. Bu amillər uşağın nitq inkişafına birbaşa təsir edir".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova vurğuladı.

O xususilə qeyd etdi ki, bu mərhələdə valideynlər uşaqları telefon, planşet, televizor kimi elektron vasitələrdən uzaq tutmalı, canlı ünsiyyətə üstünlük verməlidirlər:

"Uşaqların emosional intellektinin inkişafına diqqət yetirilməli, onlarla daha çox vaxt keçirilməlidir. Belə olduqda uşağın emosional inkişafı ilə paralel olaraq idrak fəaliyyəti də inkişaf edir. İdrak fəaliyyəti inkişaf etdikcə bu, avtomatik olaraq nitqə də müsbət təsir göstərir. Valideynlər uşaqlara yeni sözlər öyrətməli, onlara musiqi dinlətməli, nağıllar oxumalıdırlar. Nənələr və analar özləri səslə oxuyaraq uşaqlarla ünsiyyət qurmalıdır. Çalışmaq lazımdır ki, bu fəaliyyətlər görüntüsüz həyata keçirilsin. Bu, uşaqlarda dinləmə bacarığının formalaşmasına kömək edir və şifahi nitqin inkişafını dəstəkləyir".

NURİYYƏ

Chosen
16
1
redaktor.az

2Sources