EN

Pentaqondan kritik ssenari: Atəşkəs pozularsa quru əməliyyatı ehtimalı artır

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pentaqon Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalı ilə bağlı kritik ssenariləri nəzərdən keçirir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan münaqişənin 40-cı günündə elan edilən müvəqqəti atəşkəsdən sonra vəziyyət hələ də tam sabitləşməyib. İlkin diplomatik cəhdlər nəticə verməsə də, ABŞ mətbuatında yeni iddialar yer alıb.

Pentaqon yaxın günlərdə Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərməyə hazırlaşır. Bildirilir ki, Vaşinqton administrasiyası davam edən münaqişəni diplomatik yolla həll etməyə çalışsa da, atəşkəsin pozulacağı halda əlavə hava zərbələri və ya quru əməliyyatlarının başlanması ehtimalı da gündəmdədir.

Məlumata görə, ABŞ rəhbərliyi bölgədə hərbi variantları da istisna etmir və vəziyyətin inkişafından asılı olaraq qərarlar dəyişə bilər.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
azxeber.com

1Sources