EN

Si Cinpin: Çin və Rusiya BMT-nin nüfuzunu bərpa etmək üçün birgə çalışmalıdırlar

Çin və Rusiya Birləşmiş Millətlər Təşkilatının nüfuzunu bərpa etmək və beynəlxalq məsələlərdə çoxtərəfliliyi təşviq etmək üçün birlikdə çalışmalıdırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.

Çinin Sinxua Xəbər Agentliyi onun sözlərini sitat gətirib: “Çoxtərəfli əməkdaşlığı gücləndirmək, çoxtərəfliliyi qəti şəkildə dəstəkləmək və təşviq etmək, Birləşmiş Millətlər Təşkilatının nüfuzunu və canlılığını bərpa etmək üçün birgə çalışmaq, beynəlxalq nizamın daha ədalətli və ağlabatan istiqamətdə inkişafını irəlilətmək üçün Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində sıx əlaqələndirmək və əməkdaşlıq etmək lazımdır ” .

Si Cinpin qeyd edib ki, Çin və Rusiya strateji qətiyyəti qorumalı, bir-birinə etibar etməli və dəstəkləməli, birgə inkişaf etməli və müvafiq vəzifələrini layiqincə yerinə yetirməlidirlər. “Yaxınlıq və tamamlayıcılığın üstünlüklərindən tam istifadə etmək, hərtərəfli əməkdaşlığı dərinləşdirmək və davamlı inkişafı gücləndirmək lazımdır”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya və Çin qanuni maraqlarını qorumaq və Qlobal Cənubun birliyini dəstəkləmək üçün strateji əməkdaşlığı dərinləşdirməlidirlər.

Si Cinpin bildirib ki, “Əsrdə görünməmiş dəyişikliklərlə üzləşən Çin və Rusiya daha sıx və güclü strateji koordinasiya yolu ilə hər iki ölkənin qanuni maraqlarını qətiyyətlə qorumalı və Qlobal Cənub xalqlarının birliyini müdafiə etməlidirlər”.

Chosen
25
veteninfo.az

1Sources