EN

“Trampın reytinqinin aşağı düşməsi fonunda respublikaçıların mövqeləri aşağı düşməyə başlayıb” ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ-da Demokratlar partiyası Trampın Hörmüz boğazını bağlamaq qərarına sevinirlər. Çünki Tramp komandası elektoratı qəzəbləndirməmək üçün yenidən müharibə qərarı verə bilmir və boğaz bağlamaq kimi bir avantüra Tramp adminstrasiyasının ümidsizlik dərəcəsinin göstəricisi hesab edilir

Gununsesi.info bildirir ki, bunu iqtisadçı İsmayıl Qaşqay deyib:

“İranın Hörmüz üzərində nəzarəti saxlaması şəraitində belə Amerikalıların üçdən ikisi dərhal atəşkəs elan edilməsinin tərəfdarıdır. Trampın İran nefti ilə mübarizə aparmaq cəhdləri təkcə yanacaq qiymətlərinin artması səbəbindən Amerika daxilində enerji böhranını və parçalanmanı daha da ağırlaşdırır

ABŞ-da seçki strategləri isə noyabr seçkilərində Demokratlar Partiyasının mövqeyinin kəskin möhkəmləndiyini qeyd edirlər. Demokratlar ilk dəfə olaraq senat yarışında favoritə çevrilirlər.

Trampın reytinqinin aşağı düşməsi fonunda respublikaçıların mövqeləri hətta təhlükəsiz ştatlarda belə aşağı düşməyə başlayıb. Respublikaçılar 1988-ci ildən bəri ilk dəfə olaraq Texasda məğlub olmaq riski ilə üzləşiblər

Senata nəzarət itirilərsə bu o demək olacaqdır ki, Tramp prezidentliyinin son iki ilində öz nazirlərini və sadiq hakimlərini belə təyin edə bilməyəcək. 2027-ci ildə isə impiçment prosedurunun başlanma ehtimalı son dərəcə yüksəkdir. Trampa gələn ilin yaz-yay aylarında könüllü istefa tələbi ilə çox böyük bir təzyiqin olacağı gözlənilir

Demokratlar Konqresin hər iki palatasını nəzarəti altına ala bilsələr demək olar ki, Trampın bütün siyasi irsini ləğv edə biləcəklər”.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
icma.az

1Sources