EN

Arvadını döyərək 19 il həbs cəzası aldı - Atası dözməyib öldü

Türkiyənin Antalya şəhərində boşanma mərhələsində olduğu arvadını öldürən şəxsin həbs olunmasının ardından bu xəbərə dözə bilməyən atası dünyasını dəyişib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna əsilli 37 yaşlı Iryna Melnychuk Değeri çubuqla döydüyü iddiası ilə həbsdə mühakimə olunan Mehmet Ali Değer, "Qadına və həyat yoldaşına qarşı qəsdən öldürməyə cəhd" ittihamı ilə 19 il həbs cəzası alıb.

Təqsirləndirilənin atası Hasan Değer məhkəmə iclası sonrası getdiyi məhkəmə tualetində ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, hadisə ötən ilin 5 iyulunda saat 01:00 radələrində Konyaaltı rayonu Liman məhəlləsində baş verib. Oteldə növbəli işdə çalışan Iryna Melnychuk Değer iş vaxtı bitdikdən sonra servisə minərək evinin arxa qapısından içəri girərkən arxasında səs eşidib. İddiaya görə, üzünü şapka və ya başqa bir şeylə örtən həyat yoldaşı Mehmet Ali Değer heç nə demədən Iryna Melnychuk Değerin başına çubuqla bir neçə dəfə vurub. Yere yıxılan və başını əlləri ilə qorumağa çalışan qadının sol əlində çox sayda qırıq, başında isə cızıq əmələ gəlib. 

Chosen
43
manset.az

1Sources