EN

UEFA Rafinyanı cəzalandıra bilər

style='margin-bottom:10px;'>

"Barselona"nın yarımmüdafiəçisi Rafinya Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyunundan sonra verdiyi açıqlamaya görə cəzalandırıla bilər.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi görüş zamanı qırmızı vərəqə səbəbindən azlıqda qalıb. Rafinya isə matçdan sonra hakim qərarlarından razılığını ifadə edərək "Barselona"nın soyğunçuluğa məruz qaldığını söyləyib.

Həmçinin referi Kleman Turpin "Barselona"nın qollarından birini də hesaba almayıb.

Bildirilib ki, Rafinya açıqlamasına görə Çempionlar Liqasından 3 oyunluq kənarlaşdırıla bilər. "Barselona" artıq turnirdə mübarizəni dayandırdığı üçün cəzanın növbət mövsüm icra edilməsi ehtimalı var.

Chosen
30
1
teleqraf.com

2Sources