EN

İran Ərdəbili Cənubi Qafqazla sərhəd ticarət mərkəzinə çevirməyə çalışır

Bakı. Trend:

İran ölkənin şimal-qərbində yerləşən Ərdəbil vilayətini CənubiQafqaz ölkələri ilə sərhəd ticarət mərkəzinə çevirməyə çalışır.

Trend-inməlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və KəndTəsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzin yerlimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın Ərdəbil vilayətində bu istiqamətdəlazımi koordinasiyalar aparılır, bu vilayətin iş adamları ölkə vəbeynəlxalq səviyyəsində vilayətin imkanlarınıtanıtdırmaqdadırlar.

Pirmoəzzin əlavə edib ki, ötən ildə İran Prezidenti MəsudPezeşkianla birlikdə 120-dən çox iş adamından ibarət heyətAzərbaycana səfər edib. Səfər çərçivəsində birgə investisiyalarıninkişaf etdirilməsi üçün imkanların yaradılması, sərhəd ticarətininsadələşdirilməsi, regional dəhlizlərin infrastrukturlarınıngücləndirilməsi diqqət mərkəzində durub.

Pirmoəzzin bildirib ki, bundan əlavə Ərdəbil vilayətində birsıra beynəlxalq sərgilər təşkil olunub. 90-dan çox xarici heyətvilayətin sənaye, mədən, turizm, bərpa oluna bilən enerjilər, azadticarət zonası, balıqçılıq və kənd təsərrüfatı sahələrindəinvestisiya imkanları ilə yaxından tanış olub.

İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə Trend-ə açıqlamasındabildirib ki, Ərdəbil valiliyi həm azərbaycanlı investorlarınƏrdəbil vilayətində, həm də ərdəbilli investorların Azərbaycandayatırımlar etmələrinə şərait yaratmağa çalışır.

Qeyd edək ki, İranın hazırkı hökuməti (İranın hazırkı hökumətiavqust 2024-dən iqtidardadır) sərhədyanı vilayətlərə qonşuölkələrlə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsiistiqamətində səlahiyyətlər verib.

Chosen
19
1
az.trend.az

2Sources