EN

ABŞ ordusu: “İran limanlarının tammiqyaslı blokadası başladı”

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Fars körfəzi və Oman körfəzindəki İran limanlarının blokadası tam qüvvəyə minib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper çərşənbə günü elan edib:

"İran limanlarının blokadası Amerikanın Yaxın Şərqdəki dəniz üstünlüyünün davam etməsi kontekstində tam şəkildə həyata keçirilib.

Blokada tətbiq edildikdən sonra 36 saatdan az müddətdə Amerika qüvvələri İrana və İrandan dəniz yolu ilə iqtisadi ticarəti tamamilə dayandırıblar". 

Admiral qeyd edib ki, ölkə iqtisadiyyatının təxminən 90%-i beynəlxalq dəniz ticarətindən asılıdır.

Daha əvvəl "The Washington Post" mənbələrə istinadən xəbər vermişdi ki, Fars körfəzindən Hörmüz boğazından keçən altı ticarət gəmisi Oman körfəzində yerləşən Amerika gəmilərinin hərəkətləri səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb:

"Amerikanın blokadası səbəbindən Hörmüz boğazından çıxan altı gəmi geri qaytarılıb". Qəzet mənbələrə istinadən xəbər verir ki, Oman körfəzində və Ərəbistan dənizində yerləşən ondan çox Amerika hərbi gəmisi "şəbəkə" rolunu oynayır.

Qəzet vurğulayıb ki, ticarət gəmiləri ilə bağlı heç bir hadisə eskalasiyaya səbəb olmayıb. WP-yə anonimlik şərti ilə danışan iki amerikalı rəsminin sözlərinə görə, ABŞ dəniz qüvvələri blokadanı tətbiq etmək üçün İran limanlarının yaxınlığında və ya birbaşa Hörmüz boğazında yerləşdirilməyib:

“Çünki İran qüvvələri altı həftədən çox əvvəl hərbi əməliyyatlar başladıqdan qısa müddət sonra boğazı minalayıb”.

ABŞ-nin Hörmüz boğazını blokadası 13 apreldə qüvvəyə minib. Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı bu məqsədlə 10000 ABŞ hərbi qulluqçusunun, Oman körfəzində və Ərəbistan dənizində yerləşən ondan çox Hərbi Dəniz Qüvvələri gəmisinin, eləcə də ərazidəki ticarət gəmilərini izləmək üçün qırıcı təyyarələrin və dronların yerləşdirildiyini bildirib.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

ABŞ İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources