EN

Yeni baş nazirdən Ərdoğana sürpriz dəvət Siyahısını açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Macarıstanın yeni baş naziri Peter Magyar Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanı ölkəsinə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial media hesabında yazıb.

O, Ərdoğanla telefon danışığı apardığını və iki ölkə arasında yeni bir dövrün başladığını açıqlayıb.

“Türkiyə Prezidenti məni seçkilərdə qələbəm münasibətilə təbrik etdi, Macarıstana və macar xalqına ən xoş arzularını çatdırdı. Söhbət zamanı enerji, təhlükəsizlik siyasəti, ticarət və mədəniyyət sahələrində mövcud əməkdaşlığın gücləndirilməsi və davam etdirilməsi barədə tam razılığa gəlindi.

Ərdoğan məni Ankaraya dəvət etdi, mən də öz növbəmdə onu 1956-cı il inqilabının 70-ci ildönümü üçün Budapeştə dəvət etdim”, – deyə Magyar bildirib.

Yeni baş nazirin gündəliyi yalnız Türkiyə ilə məhdudlaşmayıb.

O, Çexiya Baş naziri Andrey Babişdən təbrik məktubu aldığını və Praqaya dəvəti qəbul etdiyini bildirib. Həmçinin Sloveniyanın Baş naziri Robert Qolob və Bavariya Dövlət Baş naziri Markus Söder ilə danışdığını da əlavə edib.

Xatırladaq ki, 12 apreldə Macarıstanda keçirilən tarixi seçkilərdə Viktor Orban məğlubiyyətə uğrayıb və 16 illik hakimiyyətini itirib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
globalinfo.az

1Sources