EN

Avropa öz NATO-sunu yaradır -Bakıdan ilginc REAKSİYA

Avropa ölkələrinin Donald Trampın ABŞ-nin NATO-dan çıxaracağı və ya hərbi dəstəyi kəskin azaldacağı ehtimalına qarşı "B planı" hazırladıqları haqda məlumatı yayılıb.

Məlumata görə, bu məxfi layihənin əsas qayəsi alyansı tamamilə Avropa liderliyinə yönəltmək və Vaşinqtondan asılılığı minimuma endirməkdir. Diplomatik dairələrdə “Avropa NATO-su” adlandırılan bu layihə köhnə qitənin ABŞ-ın iştirakı olmadan öz müdafiəsini, təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməsi üçün nəzərdə tutulub.

Picture

Bəs Avropanın ABŞ çətiri olmadan təhlükəsiz yaşaması, özünün təhlükəsizliyini ABŞ-siz təmin edə biləcəyi mümkündürmü?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, yayılan bu məlumat əslində son illər Avropada formalaşan dərin narahatlığın açıq ifadəsidir. NATO daxilində ABŞ-nin rolunun azalması ehtimalı artıq nəzəri yox, praktiki ssenari kimi müzakirə olunur:
“Xüsusilə Donald Trampın çıxışları və alyansa münasibəti Avropa paytaxtlarını alternativ təhlükəsizlik modelini düşünməyə vadar edib.

Nəzəri baxımdan, Avropa ABŞ-siz təhlükəsizliyini tam olmasa da müəyyən qədər təmin edə bilər. Tam təmin etmək üçün on illər vaxt lazımdır. Avropanın hərbi potensialı zəif deyil. Fransa və Böyük Britaniya kimi nüvə dövlətləri, Almaniyanın iqtisadi gücü, Polşa və Skandinaviya ölkələrinin sürətlə artan hərbi xərcləri qitənin ciddi baza üzərində dayandığını göstərir. Son illərdə Avropa İttifaqı çərçivəsində müdafiə təşəbbüslərinin güclənməsi də təsadüfi deyil. Bu baxımdan “Avropa NATO-su” ideyası tam utopiya sayılmır. Lakin əsas problem koordinasiya və siyasi iradədir. Avropa İttifaqı daxilində belə vahid xarici və müdafiə siyasəti tam formalaşmayıb. Dövlətlərin təhlükə qavrayışı fərqlidir. Baltik ölkələri üçün əsas təhlükə Rusiya olduğu halda, Cənubi Avropa üçün prioritetlər tamam başqadır. Bu parçalanma vahid ordu və ya komandanlıq ideyasını çətinləşdirir”.

Ekspertin sözlərinə görə,ikinci mühüm məqam ABŞ faktorudur: “ABŞ NATO-nun hərbi gücünün təxminən 70 faizini təmin edir. Kəşfiyyat, strateji nəqliyyat, hava hücumundan müdafiə sistemləri və nüvə çəkindirmə mexanizmlərində Vaşinqtonun rolu əvəzolunmazdır. Bu boşluğu qısa müddətdə doldurmaq Avropa üçün həm maliyyə, həm texnologiya baxımından olduqca ağır yükdür. Nüvə çəkindirmə məsələsi isə ayrıca həssas mövzudur. Hazırda Avropanın təhlükəsizlik arxitekturası böyük ölçüdə ABŞ-ın nüvə çətirinə əsaslanır. Fransa öz arsenalını “Avropa nüvə qalxanı”na çevirmək ideyasını irəli sürsə də, bu, həm siyasi etimad, həm də idarəetmə baxımından ciddi mübahisələr doğurur”.

Etibar Seyidağa,
Musavat.com

 

Chosen
21
musavat.com

1Sources