EN

“Cərimələr var, amma icra çətindir”- Sadiq Həsənov

Bakı bulvarında yaşıllıqlara, xüsusilə də tülpanlara zərər verilməsi ilə bağlı yayılan görüntülər ictimai müzakirələri daha da gücləndirib. Məsələ bir daha göstərir ki, mövcud qanunvericiliyə baxmayaraq, yaşıllıqların qorunması sahəsində həm icra, həm də vətəndaş məsuliyyəti baxımından ciddi boşluqlar qalmaqdadır.

Bakı bulvarında yaşıllıqlara zərər verilməsi ilə bağlı müzakirələr fonunda ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında mövcud qanunvericiliyin kifayət qədər sərt olduğunu, lakin icra mexanizmlərinin yetərincə effektiv işləmədiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaşıllıqların qorunması “Yaşılıqların mühafizəsi haqqında” qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Bu sənədlərə əsasən, yaşıllıqlara zərər vuran fiziki şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilə bilər. Təkrar hallarda isə bu məbləğ 2000–2500 manata qədər artırılır.

“Bilirik ki, Bakı şəhəri də yaşılıq həddindən artıq azdır və bu güllər, çöllər, sonra o dekorativ ağaclar. Bunlar suqulluq tələb edir və bunlara müəyyən insanlar qulluq edirlər, su verirlər, diblərini yumşaldırlar. Yəni bu istiqamətdə onların qorunması vacibdir. Həm də bu şəhərə bir estetik görünüş verir və bununla bağlı paralel olaraq həm maarifləndirmə işləri aparılmalıdır, həm həmin ərazilərdə xəbərdarlıq nişanları qoyulmalıdır. Çox ki, manki çox azdır həmin yerlərdə biz özümüz də müşahidə etmişik. Ətraflar xəbərdarlıq nişanları çox azdır. Toxunma, dəymə, nə bilim bu cür məsələn, metodlardan istifadə etmək lazımdır ki, insanlar ona toxunarq cərimələnə biləcəyini bilsinlər. Məsələn, bu Avropa ölkələrini biz nümunə kimi götürsək, Avropa ölkələrində artıq bu qayda kimi qəbul olunubdur. Kimsə yaşılıq sahələrinə toxunurlar, onlar və toxunanda da ictimaiyyət ona çox kəskin reaksiya verir. Bizdə ictimai maarlıq o qədər yüksək deyil. Yəni insanlar bir laqeyddirlər. Tutaq ki, kimsə sənin yanında ağacı kəsirsə, digərləri ona reaksiya vermirlər. Ancaq bu xaricdə, məsələn, Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında, inkişaf etmiş digər ölkələrdə çox ciddidir, yəni dərhal əhali reaksiya verir. Yəni burada da deməli, əhalinin aktivləşdirilməsi, maarifləndirilməsi çox mühüm şərtlərdən biridir”.- deyə vurğulayıb.

Zəhra Ağayeva

 

Chosen
47
qht.az

1Sources