EN

Masazırın 525 dərdi: “Tədbir görüləcək”- AYNA

Xəbər verdiyimiz kimi, 525 nömrəli avtobus marşrutu ilə bağlı yaranmış vəziyyət Masazır sakinlərinin gündəlik həyatını çətinləşdirir. 

Sakinlərin sözlərinə görə, avtobuslar rəsmi qrafikə uyğun hərəkət etsə də, dayanacaqlara artıq dolu vəziyyətdə çatır və bu səbəbdən minmək demək olar ki, mümkünsüz olur. 

525 saylı marşrutda mövcud avtobus sayı gündəlik sərnişin tələbatını niyə qarşılaya bilmir? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov "Cebheinfo.az"- a açıqlamasında bildirib ki, marşrut üzrə vəziyyət mütəmadi nəzarətdə saxlanılır: 

"525 nömrəli marşrut üzrə 24 avtobus fəaliyyət göstərir. Avtobus sayı sərnişin tələbatına uyğun artırılıb və marşrutun fəaliyyəti mütəmadi izlənilir. Lakin marşrutun yolu üzrə yaranan sıxlıq reyslərarası intervalın artmasına və sərnişin sıxlığına səbəb ola bilir". 

O qeyd edib ki, vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi planlaşdırılır: 

"Marşrut xətlərində həm sərnişin müraciətləri, həm də mütəxəssislər tərəfindən aparılan təhlillər nəticəsində avtobus sayı məsələsinə baxılır. Sözügedən xətt üzrə də marşrutun optimal və nizamlı fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub". 

Chosen
6
1
cebheinfo.az

2Sources