EN

Hacı Əliyev mayor rütbəsi aldı – FOTO

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

Bizim.Media xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib:

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.



Bizim.Media

Chosen
2
12
bizim.media

10Sources