Ədliyyə Nazirliyi Qlobal Fond hesabına məhkumlar arasında İnsan İmmunçatışmazlığı Virusunun yayılmasının profilaktikasına, İİV-li məhkumlara psixoloji dəstək xidmətlərinə 251 489 AZN sərf etməyi planlaşdırır.
Pravda.az-ın xəbərinə görə, Nazirliyin Tibb Baş İdarəsi işləri görəcək şirkət axtarışındadır.
Hələlik bu istiqamətdə işlər davam etdirilir.
Cabir
Tarix: 15 Aprel 2026, 11:55