EN

Balakən sakinlərinə səyyar hüquqi yardım göstərilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Balakən, 15 aprel , AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən Gənclər Evində səyyar hüquqi yardım aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində Balakən rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi yardım göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin hazırlanmasında dəstək göstərilib, müraciətlər hüquqi baxımdan qiymətləndirilib.

Eyni zamanda, vətəndaşlara ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər üzrə hüquqi məsləhətlər verilib.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
2
azertag.az

3Sources