EN

Kəndlərə qar yağdı: meyvə ağacları risk altında...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lerik və Yardımlı rayonlarının ucqar dağlıq kəndlərinə qar yağıb. Hazırda bəzi ərazilərdə qarın hündürlüyü 5 santimetrə, bəzi yerlərdə isə 7- 8 santimetrə çatır.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, qar yağıntısı Lerik rayonu üzrə Orand, Pirasora kəndləri və Lerik şəhəri ərazilərində müşahidə olunur.

Yardımlı rayonu üzrə isə Abidinli, Arvana və Abasabad kəndləri ərazilərində qar yağıb.

Yerli sakinlərin sözlərinə görə, bu dövrdə yağan qar artıq çiçəkləmə mərhələsində olan meyvə ağaclarına mənfi təsir göstərə bilər. Bu isə mövsümün sonunda məhsulun azalmasına, hətta bəzi hallarda ümumiyyətlə meyvə olmamasına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
globalinfo.az

2Sources