EN

"ABŞ NATO müttəfiqlərindən vassallar kimi xərac alır" - Zaxarova

ABŞ NATO müttəfiqlərindən sanki vassallar kimi “xərac” alır və eyni zamanda alyans daxilində özü təhdid yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat "Sputnik Radiosu"nda çıxışı zamanı qeyd edib ki, NATO ölkələri ABŞ-ın təhlükəsizlik təminatına görə ona müntəzəm şəkildə ödəniş edir. Onun sözlərinə görə, əvvəl bu münasibətlər bərabərlik prinsipi üzərində qurulsa da, indi vəziyyət dəyişib.

“İndi isə belə alınır ki, guya hamı bərabərdir, amma ABŞ digərlərindən bərabər tərəfdaş kimi yox, vassal kimi ödəniş tələb edir”, – deyə Zaxarova vurğulayıb.

O həmçinin diqqətə çatdırıb ki, ABŞ bir tərəfdən müttəfiqlərini qoruduğunu bildirir, digər tərəfdən isə onların maraqlarına zidd addımlar ata bilir.

“Bütün NATO üzvləri ABŞ-yə pul ödəyir, amma eyni zamanda ABŞ özü Qrenlandiyanı ələ keçirməklə hədələyir. Belə olan halda sual yaranır: onları kimdən qoruyur?” – deyə diplomat əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
33
1
redaktor.az

2Sources