EN

100 avroya Pikasso şansı: Parisdə unikal lotereya keçiriləcək

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın paytaxtı Parisdə məşhur ispan rəssamı Pablo Pikassonun orijinal əsərinin oynanılacağı lotereya təşkil olunacaq.

Kulis.az xəbər verir ki, lotereya biletlərinin qiyməti cəmi 100 avrodur.

Toplanan bütün vəsait Alzheimer xəstəliyi ilə bağlı Avropada aparılan elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

Söhbət 1941-ci ildə quaş texnikası ilə çəkilmiş "Tête de Femme" (“Qadın başı”) adlı abstrakt portretdən gedir. “1 Pikasso 100 avroya” kampaniyası çərçivəsində ümumilikdə 120 min bilet satışa çıxarılıb.

Toplanan vəsaitin 1 milyon avrosu əsərin hazırkı sahibi olan "Opera Gallery" qalereyasına veriləcək. Qalan məbləğ isə "Alzheimer's Research Foundation" fonduna köçürülərək xəstəliklə bağlı araşdırmalara dəstək olacaq.

Qeyd edək ki, Pikasso əsərlərinin lotereya yolu ilə oynanılması ilk dəfə deyil. 2013-cü ildə "L'homme au Gibus" əsəri ABŞ-da qalibə qismət olub. 2020-ci ildə isə "Nature Morte" adlı tablo İtaliyadan olan bir iştirakçı tərəfindən qazanılıb.

"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
kulis.az

2Sources