EN

Həzmi yaxşılaşdıran ən sadə üsul – axşam edin

Həzmlə bağlı problemləri azaltmaq üçün axşam yeməyinin sonunda sadə bir vərdiş çox faydalı ola bilər.

Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Oskar Urtado "El Economista" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, mədə-bağırsaq problemi olan insanlar axşam yeməyindən sonra darçınla bişmiş alma yeməlidir. Mütəxəssis izah edib ki, alma tərkibində çoxlu miqdarda pektin var və bu maddə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Həkim əlavə edib ki, pektin bəzi zərərli bakteriyalar üçün “tələ” rolunu oynayır: bakteriyalar ona yapışır və daha sonra orqanizmdən xaric olunur. Bundan başqa, bişmiş alma antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi sərbəst radikallardan qoruyur və ürək-damar xəstəlikləri riskini azaldır.

Həmidə İbrahimova

Chosen
34
1
olke.az

2Sources