EN

Flik: “Yarımfinala çıxmağa layiq idik”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Əlbəttə, hamımız məyusuq, çünki xüsusilə birinci hissədə çoxlu şanslarımız var idi. Üçüncü qolu vurmaq imkanımız oldu, amma nəticədə biz qol buraxdıq. Bəxtimiz gətirmədi və bir az daha yaxşı oynamalı idik, amma bunu qəbul etməliyik. Bu futboldur, hər şey xırda detallara bağlıdır. İki oyuna görə düşünürəm ki, yarımfinala çıxmağa layiq idik.

Ən yadda qalan məqam bizim fantastik oyunumuz oldu. Hətta azlıqda oynadığımız vaxtda belə bu, mənə çox xoş gəldi və komanda ruhunu göstərdi. Məhz bunu vurğulamaq istəyirəm. Oyunçular özləri ilə fəxr edə bilərlər”.

“Barselona” cavab oyununda qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyətə görə ümumi hesabda geridə olub və mübarizəni dayandırıb.

“Barselona” cavab oyununda qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyətə görə ümumi hesabda geridə olub və mübarizəni dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
futbolpress.az

1Sources