EN

Son 3 ayda yaşayış evlərinin tikintisinə 510 milyon manat xərclənib

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-mart aylarında əsas kapitala 4 milyard 49,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manat olub.

Əsas kapitala yönəldilən investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 faiz artaraq 2 milyard 286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 faiz artaraq 1 milyard 252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
yeniavaz.com

2Sources