EN

Parlamentlərarası İttifaqın Assambleyasının iştirakçıları beynəlxalq təhlükəsizlik və münaqişələri müzakirə edəcəklər

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Bu gün Türkiyənin İstanbul şəhərində işə başlayacaq Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında 77 parlamentin spikerləri və dünyanın müxtəlif yerlərindən 800-dən çox qanunverici orqan təmsilçisi iştirak edəcək. Newscenter.az Türkiyə Böyük Millət Məclisinə (TBMM) istinadən bildirir ki, ümumilikdə tədbirdə 157 nümayəndə heyəti olmaqla 2500 nəfər iştirak edəcək.Parlamentlərarası İttifaqın Assambleyası 15-19 aprel tarixlərində "Ümidin yetişdirilməsi, gələcək nəsillər üçün sülhün və ədalətin təmin edilməsi" devizi altında keçiriləcək. Forumda çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təhlükəsizliyə və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional münaqişələrə yönəlmiş təxminən 80 sessiya və panel müzakirələrinin keçirilməsi planlaşdırılır.Xatırladaq ki, Parlamentlərarası İttifaq (PAİ) 1889-cu ildə təsis edilib. Qurum 180 ölkədən parlamentariləri birləşdirən ən qədim beynəlxalq parlament təşkilatıdır. Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
10
newscenter.az

10Sources