EN

Silahlı insidentdən sonra səhnəyə qayıtdı

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı reper Offset (əsl adı Kiari Sifus) Floridada baş verən silahlı insidentdən bir neçə gün sonra səhnəyə çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram platformasında məlumat yayıb.

"Coachella" festivalında çıxış edən reper səhnəyə əlil arabasında gəlib. O, ifası zamanı ayağa qalxıb. Paylaşımın şərhlərində bəzi izləyicilər onun arabadan rekvizit kimi istifadə etdiyini zarafatla qeyd ediblər. Digər pərəstişkarlar isə sənətçinin yaralandıqdan qısa müddət sonra səhnəyə qayıtmasını müsbət qiymətləndiriblər.

Hadisəyə görə, Offset pərəstişkarları ilə görüşdən sonra güllələnib. Mediaya yayılan ilkin məlumatlarda atəşin Lil Tjay tərəfindən açıldığı iddia olunurdu. Bildirilir ki, tərəflər arasında maliyyə mübahisəsi olub.

Florida polisi 24 yaşlı Lil Tjayı xırda xuliqanlıq ittihamı ilə saxlayaraq Brovard dairə həbsxanasına yerləşdirib. Daha sonra o, 500 dollar girov müqabilində azadlığa buraxılıb. Reper ittihamları rədd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
axsam.az

1Sources