EN

Rusiya qoşunları Çerkaskı vurdu: azyaşlı həlak oldu

14 aprel axşamı Rusiya qoşunları Çerkaska dronlarla ilə hücum edib. Bu barədə Çerkası Regional Hərbi Administrasiyasının rəhbəri İqor Taburets Facebook-da məlumat verib.

Onun sözlərinə görə, müdafiə qüvvələri doqquz hədəfi zərərsizləşdirib, lakin regional mərkəzdə ən azı dörd hündürmərtəbəli binaya ziyan dəyib.

Rusiyanın atəşi nəticəsində səkkiz yaşlı bir oğlan həlak olub. Bir uşaq da daxil olmaqla daha doqquz nəfər xəstəxanadadır. Hadisə yerində üç yerli sakinə tibbi yardım göstərilib. Polis bildirib ki, hadisə yerində istintaq qrupları, məhkəmə ekspertləri və bomba zərərsizləşdirmə mütəxəssisləri işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ziyanı sənədləşdirir, dəlillər toplayır və daha bir Rusiya müharibə cinayətini sənədləşdirirlər.

//Samir Qurbanov, Editor.az

Chosen
63
editor.az

1Sources