Bundesliqa tÉ™msilçisi "Hoffenhaym"da çıxış edÉ™n TürkiyÉ™ millisinin üzvü Ozan Kabakın gÉ™lÉ™cÉ™k taleyinÉ™ aydınlıq gÉ™lib.Â
QOL.az xəbər verir ki, Almaniya klubu təcrübəli futbolçunun müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ildən Almaniya klubunun formasını geyinən futbolçunun adı son vaxtlar sabiq klubu "Qalatasaray"la da hallanırdı. Uzun sürən zədədən sonra bu mövsüm yaşıl meydanlara qayıdan müdafiəçi çıxdığı 21 matçda 4 qol vurmağı bacarıb.