EN

Bakıda Azərbaycan–Rusiya münasibətlərinin inkişafı müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanınxarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

Bu barədə Trend-əAzərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərininsiyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlımaraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərimüzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımındanqarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıqməsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətininikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığınıqeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektivistiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcəkperspektivləri nəzərdən keçirilib.

Məqalədə:
Chosen
33
13
az.trend.az

10Sources