EN

ABŞ-nin dəniz blokadasına baxmayaraq, Çin tankeri Hörmüz boğazından keçib  

ABŞ-nin Hörmüz boğazında İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq etməsinə baxmayaraq, Çinə məxsus tanker boğazdan keçib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Marine Traffic” gəmi naviqasiyasının veb-saytının məlumatında bildirilir.

Bu, sahibi ABŞ sanksiyalarına məruz qalan Çinə məxsus “Rich Starry” adlı gəmidir. Tanker kimyəvi maddələrin daşınması üçün istifadə olunur və ortaölçülü gəmidir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.

3Sources