EN

Beynəlxalq Enerji Agentliyi: Martda qlobal neft tədarükü sutkada 10,1 milyon barel azalıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Mart ayında qlobal neft tədarükü fevralla müqayisədə orta hesabla 10 milyon 120 min barel azalaraq gündəlik 97 milyon 50 min barel təşkil edib. Bu, tarixdə ən böyük tədarük azalmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, hesabat ayında OPEC+ üzvü olmayan ölkələrin neft hasilatı isə təxminən 770 min barel geriləyərək sutkada 54 milyon 660 min barel olub. Buna əsasən Qətərdə istehsalın azaldılması əsas təsiri göstərib. Belə ki, mart ayında Qətərdə neft hasilatı əvvəlki aya nisbətən təxminən 1,45 milyon barel azalaraq 370 min barelə səviyyəsinə düşüb. Lakin Braziliyada rekord səviyyədə istehsal və ABŞ-də tədarükün bərpası qlobal neft istehsalının azalmasını qismən kompensasiya edə bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
50
azertag.az

10Sources