Ukrayna Prezidenti Vladimir Zelenski vurğulayıb ki, ölkəni cəbhədə müdafiə edən Ukrayna müdafiəçilərinin rotasiyaya ehtiyacı var. O hesab edir ki, Ukrayna və Almaniyadakı müvafiq xidmətlər Ukrayna qanunlarını pozaraq ölkəni tərk edən ukraynalıların məsələsini həll etməlidir.
Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Zelenski bu açıqlamanı Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında verib.
Ukrayna lideri bildirib ki, ölkəni tərk edən gənclərin bir çoxu Ukrayna qanunlarını pozaraq gedib.
Buna görə də o bildirib ki, Ukrayna və Almaniyadakı müvafiq xidmətlər bu məsələni həll etməlidirlər.