EN

Trampın blokada qərarına məhəl qoyulmadı: Bir-birinin ardınca gedirlər

ABŞ-nin blokadasının tətbiqindən dərhal sonra Vaşinqtonun sanksiyalarına məruz qalan ən azı iki gəmi Hörmüz boğazından keçib.

“Cebheinfo.az” xəbər verir ki, Malavi bayrağı altında üzən "Rich Starry" neft tankeri 14 apreldə boğazdan keçib və Omanın Sohar limanına gedir. Gəmi Çinin "Shanghai Xuanrun Shipping Co Ltd" şirkətinə məxsusdur və sahibi ilə birlikdə 2023-cü ildən bəri İrana sanksiyalardan yayınmaqda kömək etdiyi iddiası ilə ABŞ tərəfindən qara siyahıya salınıb. 

“Reuters”-in məlumatına görə, gəmidə BƏƏ-yə göndərilən 250.000 barel metanol var idi. Heyət əsasən çinlilərdən ibarətdir.

Daha əvvəl CNN kölgə donanmasının bir hissəsi kimi İran neft ticarətindəki roluna görə ABŞ sanksiyalarına məruz qalan "Elpis" tankerinin də keçdiyini bildirmişdi.

Blokada 13 aprel axşamı qüvvəyə minib. Bu, İran limanlarına və sahil ərazilərinə gedən bütün gəmilərə şamil olunur. 

Başlamazdan bir neçə saat əvvəl Pentaqon dənizçilərə blokada zonasına icazəsiz daxil olan gəmilərin ələ keçirilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Chosen
33
1
cebheinfo.az

2Sources