EN

Maradonanın ölüm səbəbləri - 7 tibb işçisi məhkəmə qarşısında

Yazını böyüt
Yazını kiçilt

Argentinalı futbolçu Dieqo Maradonanın əməliyyatdan sonrakı baxımını həyata keçirən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb.

Hafta.az xəbər verir ki, onlar əfsanəvi futbolçunun ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda ittiham edilirlər. "Buenos-Ayres yaxınlığındakı San-İsidro şəhər məhkəməsində dünya çempionunun ölümünə səbəb olduğu iddia edilən tibbi səhlənkarlıq işi çərçivəsində yüzə yaxın şahidin ifadəsi dinləniləcək", - deyə məlumatda qeyd olunub.

İttiham tərəfi iddia edir ki, tibb işçiləri müalicə protokollarını kobud şəkildə pozublar. Bildirilir ki, Maradonanın beyin əməliyyatından sonra bərpa olunduğu və zəruri qayğının göstərilmədiyi ev əsl dəhşət səhnəsini xatırladırdı. Lakin tibb işçiləri bütün ittihamları rədd edirlər. Onların vəkilləri isə hesab edirlər ki, futbolçunun uzunmüddətli sağlamlıq problemləri, eləcə də illərlə alkoqol və narkotik asılılığından əziyyət çəkməsi fonunda Maradonanın ölümü qaçılmaz idi. Təqsirləndirilən şəxslərin günahı sübuta yetirilərsə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümə ağciyər ödəminə gətirib çıxaran kəskin ürək çatışmazlığı səbəb olub. Bundan sonra Argentina Baş Prokurorluğu sabiq futbolçunun həkimləri tərəfindən yol verildiyi ehtimal edilən səhlənkarlıqla bağlı istintaqa başlayıb./"Reuters"/

Chosen
34
2
hafta.az

3Sources