EN

Çin lideri: Dünya nizamı pozulub

Çin prezidenti Si Cinpin Yaxın Şərqdəki münaqişə ucbatından dünyanın xaos içində olduğunu bildirib və Çinin onun həllinə dəstək verəcəyinə söz verib.

"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançeslə görüşdə o deyib:

"Beynəlxalq nizam dağılır. Həm Çin, həm də İspaniya prinsipial və dürüst ölkələrdir. Hər iki tərəf cəngəllik qanununa qayıdışa qarşı durmaq üçün ünsiyyəti gücləndirməli və sıx əməkdaşlıq etməlidir".

Sançes Çin və Avropa İttifaqı arasında daha güclü əlaqələrin tərəfdarı olub.

O, iki ölkənin müasir dünyanın müxtəlif ziddiyyətlərinə və geosiyasi mürəkkəbliklərinə həll yollarının tapılmasına töhfə verə bilməsi üçün Pekində olduğunu bildirib.

Cinpin ondan əvvəl Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zaid Ali-Nəhyan ilə görüşündə Çinin Yaxın Şərqdə konstruktiv rol oynamağa davam edəcəyini təsdiqləyib. Bu danışıqların protokollarında İranla münaqişə xüsusi qeyd olunmasa da, tərəflərin Yaxın Şərqdə və Fars körfəzi bölgəsindəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıqları qeyd edilib.


Telegram kanalımız
Chosen
10
2
yenisabah.az

3Sources