EN

Messi ilə Yamalın ikonik fotosu

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Barselona"nın gənc ulduzu Lamin Yamal uşaqlıq dövründə Lionel Messi ilə çəkilmiş ikonik fotosu haqqında diqqət çəkən açıqlamalar verib. 

"Unikal"ın məlumatına görə, sözügedən fotonu şərh edən Yamal bildirib ki, şəkilə hər baxanda təəccüblənir. Bu anın onun üçün həm maraqlı, həm də mənalı olduğunu deyən gənc futbolçu, “Messi məni qucağında saxlayır və mən ona heç baxmıram deyə çox təəccübləndim” sözləri ilə diqqət çəkib.

Həmin vaxt körpə olduğu üçün baş verənlərin fərqində olmadığını deyən Yamal, illər sonra ortaya çıxan bu fotonun onun üçün xüsusi məna daşıdığını vurğulayıb. Lionel Messi ilə eyni kadrda yer almağın onun üçün böyük qürur olduğunu bildirən Yamal, argentinalı ulduz haqqında tərif dolu fikirlər səsləndirib. Messini “tarixin ən böyük futbolçusu” adlandıran gənc oyunçu, bu xatirəni bir növ şans və ilham mənbəyi kimi gördüyünü deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
unikal.az

1Sources