EN

Erməniləri təşvişə salan xəbər yayıldı: Putin belə bir mesaj verməyib

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Qaz qiymətlərinin artacağı ilə bağlı yayılan xəbərlərin əsası yoxdur və  Rusiya Prezidenti Vladimir Putin də belə bir mesaj verməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

“Niyə qaz qiyməti qalxmalıdır? Yəni Rusiyanın hansısa razılaşmaları yerinə yetirməməsi və ya düşmənçilik addımları atması nəzərdə tutulur? Belə bir şey yoxdur. Prezident Putin məsələ ilə bağlı heç bir mesaj verməyib”, – Rubinyan bildirib.

Parlament rəsmisi əlavə edib ki, bu cür iddiaları bəzi Ermənistan siyasi qüvvələri və onlara bağlı media yayır:

Xatırladaq ki, Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı Avropada qaz qiymətləri ilə müqayisədə Rusiyanın Ermənistana daha ucuz qaz satdığını vurğulamışdı.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
globalinfo.az

1Sources