EN

Kansler xəbərdarlıq etdi

Almaniya kansleri dünya ölkələrinə xəbərdarlıq edib. 

“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Almaniya kansleri Fridrex Mertz dünən Berlində baş tutan mətbuat konfrasında Yaxın Şərqdəki son proseslərdən danışarkən İranla müharibənin qlobal iqtisadiyyatda uzunmüddətli ağır təlatümlərə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. Mertz qeyd edib ki, gözlənilən böhran Almaniya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. 

Ölkəsinin buna hazırlaşdığını diqqətə çatdırıb. "Bu müharibənin nəticələrini, hətta bitdikdən sonra belə, uzun müddət hiss edəcəyik. Nəticə etibarı ilə Almaniya iqtisadiyyatı ağır bir yüklə üzləşəcək və bu yükü daşımağı hazırlaşırıq", – deyə Mertz vurğulayıb. 

Mühafizəkar lider İslamabadda ABŞ-İran danışıqlarında heç bir nəticənin əldə olunmamasından təəssüfləndiyini, eyni zamanda bundan təəccüblənmədiyini bildirib. Bununla belə, Mertz danışıqların uzun bir proses olacağını vurğulayıb. 

“Biz ABŞ administrasiyası, münaqişə tərəfləri və İsrail ilə danışırıq. Bu, uzunmüddətli bir proses olaraq qalacaq”, - deyə o bildirib. 

Chosen
27
cebheinfo.az

1Sources