EN

İsrail Türkiyəyə müharibə elan etmək istəyir? – “Bu halda ABŞ-nin dəstəyi həlledici olacaq”

ABŞ-li tanınmış jurnalist Kurt Mills İsrail ilə Türkiyə arasında mümkün qarşıdurma ehtimalı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

ABŞ-də yayımlanan proqramın canlı yayımda çıxış edən Mills bildirib ki, İsrail–Türkiyə münasibətlərindəki gərginlik artıq yalnız Qəzza ilə məhdudlaşmır və daha geniş regional xarakter alır. Onun sözlərinə görə, bu qarşıdurma Suriyanı və Livanı da əhatə edə biləcək bir savaş potensialı daşıyır.

“İsrail ilə Türkiyə arasında gərginlik regionda daha genişmiqyaslı münaqişəyə çevrilə bilər. Bu, yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, daha böyük geosiyasi nəticələr doğura bilər”, – deyə Mills vurğulayıb.

Jurnalist qeyd edib ki, belə bir ssenaridə İsrail təkbaşına hərəkət etməkdə çətinlik çəkə bilər və bu səbəbdən ABŞ-yə müraciət edə bilər:“İsrail Türkiyə ilə mümkün müharibə vəziyyətində ABŞ-dən hərbi və logistik dəstək istəyə bilər. Bu miqyasda bir qarşıdurmanı təkbaşına idarə etmək İsrail üçün asan deyil və Vaşinqtonun dəstəyi həlledici rol oynaya bilər”.

Millsin fikrincə, bu vəziyyət ABŞ üçün ciddi geosiyasi dilemma yaradır. O bildirib ki, ABŞ həm NATO üzvü olan Türkiyə ilə, həm də İsraillə strateji müttəfiqlik münasibətlərinə malikdir:“Belə bir qarşıdurma ABŞ-ı çox çətin seçim qarşısında qoya bilər. Vaşinqton bir tərəfdən Türkiyə kimi NATO müttəfiqini, digər tərəfdən isə İsraili nəzərə almaq məcburiyyətində qalacaq”.

Eyni zamanda Mills xəbərdarlıq edib ki, İsrail ilə Türkiyə arasında mümkün hərbi qarşıdurma Yaxın Şərqdə sabitliyi daha da poza bilər:“Bu gərginlik bölgədə onsuz da kövrək olan sabitliyi sarsıda və daha geniş miqyaslı qarşıdurmaların yaranmasına səbəb ola bilər. Bu isə Yaxın Şərqdə vəziyyəti daha da alovlandıra bilər”.

Qeyd edək ki, Netanyahu son günlərdə sosial şəbəkələr vasitəsilə Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalar verib və bu bəyanatlar Türkiyə tərəfindən sərt reaksiyalarla qarşılanıb.”AzPolitika.info”

Chosen
17
1
veteninfo.az

2Sources