Bakı. Trend:
Rusiyada Dağıstan Respublikasının Qayakənd rayonunda 3,4 balgücündə zəlzələ baş verib.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin yerliidarəsi məlumat yayıb.
Məlumata görə, saat 08:19-da (Bakı vaxtı ilə 09:19) baş vermişzəlzələnin episentri Dağıstan Respublikasının Qayakənd rayonunda,Qerqa yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Yeraltıtəkanların hiposentri (yeraltı ocağı) 20 km dərinlikdə olub.
FHN-in yerli idarəsindən bildirilib ki, seysmik hadisənəticəsində hər hansı dağıntı qeydə alınmayıb, zərərçəkənləryoxdur.