Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.
“Qafqazinfo” bölgə təmsilçisinə istinadən xəbər verir ki, tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.
20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.